04 dekabr 2017, 14:10

Nicat Manafovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə təşkil olunmuş “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Gəncə şəhərinə, Şəmkir, Göygöl rayonlarına səfər etdik. Səfər zamanı ölkəmizin zəngin təbiətinin, inkişaf etmiş iqtisadiyyatının, bir-birindən gözəl şəhər və rayonlarının şahidi olduq.

Heydər Əliyev mərkəzlərindən, tarixi-diyarşünaslıq muzeylərindən Ulu Öndərimiz haqqında, eləcə də tarixi keçmişimiz barədə mühüm məlumatlar öyrəndik. Bu ekskursiya biz şagirdlərin yaddaşında dərin iz buraxıb. Buna görə Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Manafov Nicat Müşfiq oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.