02 dekabr 2017, 16:15

Şaiq Sədiyevdən, Qəbələ, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləriniz hər bir vətəndaş üçün böyük ümiddir. Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin təhsilə olan böyük diqqətiniz bizim övladlarımızın işıqlı gələcəyi deməkdir. Biz valideynlər də çalışırıq ki, övladlarımız Vətəninə, torpağına bağlı vətəndaşlar kimi yetişsinlər. Dünya arenasında qazandığınız uğurlar Sizə inamımızı daha da artırır.

Əziz Prezidentimiz, Sizin tapşırığınızla məktəblilər üçün təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyası uşaqların Vətənimizin səfalı yerləri, tarixi, mədəniyyəti ilə yaxından tanış olmalarına şərait yaradır. Mənim oğlum da noyabrın 16-19-da təşkil olunmuş növbəti ekskursiyada iştirak etdi. Səfər zamanı o, Azərbaycanın şimal bölgəsi olan Quba, Qusar və Xaçmaz rayonlarını gəzdi, həmin yerlərin təbiəti, tarixi, mədəniyyəti ilə tanış oldu.

Möhtərəm cənab Prezident, bir valideyn olaraq Sizə təşəkkür edir və dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Sədiyev Şaiq Mirsahib oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu.