02 dekabr 2017, 16:00

Nazilə Ağayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazandığı nailiyyətləri daha dərindən öyrənmək məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın builki mərhələsində mənim övladım da iştirak etdi. Övladlarımız respublikamızın dilbər guşələrində oldular, oranın tarixini, mədəniyyətini, inkişafını görməklə yanaşı, həm də asudə vaxtlarını gözəl keçirdilər.

Möhtərəm cənab Prezident, mən bir valideyn kimi bu tur-aksiyanın keçirilməsini alqışlayıram. Respublikamızın müharibə şəraitində olmasına baxmayaraq, məktəbli övladlarımızın qayğısına qaldığınız üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağayeva Nazilə

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.