02 dekabr 2017, 14:00

Ağasadiq Əliyev və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev,

Bu məktubu Sizin Sərəncamınızla tikilən Salyan şəhər 2 saylı tam orta məktəbin “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdləri adından yazırıq.

Sizin şəxsi təşəbbüsünüzlə həyata keçirilən bu layihə biz şagirdlərə göstərilən böyük qayğınızın bariz nümunəsidir. Bu tur-aksiyanın ölkəmizi daha yaxşı tanımağımızda, onun cənnət guşələrini, tarixi abidələrini yaxından öyrənməyimizdə müstəsna rolu oldu. Belə layihələrdə iştirak etmək yeni dostlar, yeni arzular qazanmaq deməkdir.

Əziz Prezidentimiz, biz şagirdlər bu tur-aksiya zamanı birləşməyi, Vətənə sadiqliyi, bir amal uğrunda mübarizə aparmağı öyrəndik. Buna görə Sizə minnətdarlıq edir, bu ölkənin vətəndaşı olmağımızla qürur duyur və gələcəyin parlaq gəncliyi olaraq bu Vətənə layiqli övlad olacağımıza Sizə söz veririk.

Hörmətlə,

Əliyev Ağasadiq Hikmət oğlu

Əsgərov Hafiz Hatəm oğlu

Seyranova Fidan Fəxri qızı

Məmmədova Zülfiyyə Vəlhəd qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.