02 dekabr 2017, 13:40

Şəfiqə və Sara Əhmədovalardan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin dövlətə və dövlətçiliyə xidmətiniz müasir inkişafımızın əsas təməlidir. Təhsil sahəsi də bu inkişafı özündə tərənnüm etdirir.

Sizin tapşırığınızla hər il təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada biz Salyan şagirdləri də iştirak etdik. Azərbaycanın dilbər guşələrini – Nizami yurdu Gəncəni, Şəmkir rayonunu və gözəl Göygölü yaxından görüb tarixi abidələri ilə tanış olduq. Bu da bizim dünyagörüşümüzün formalaşmasına müsbət təsir edir. Qədim dövlətçilik adət-ənənələrinə malik, gündən-günə çiçəklənən, qüdrətlənən, müstəqil, suveren, multikultural və tolerant dəyərlərə sahib müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyiniz üçün Sizə minnətdarıq.

Gələcəyimizi quran cənab Prezidentimiz, bilin ki, biz Sizi çox sevirik. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Biz daim bir şüar altında birləşmişik: “İlhamla irəli!”

Hörmətlə,

Əhmədova Şəfiqə Seymur qızı

Əhmədova Sara Mehman qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Dayıkənd kəndi.