02 dekabr 2017, 13:30

Osman Xəlilovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalqının tarixində misli görünməmiş, əsrlər boyu əlçatmaz və xəyal kimi görünən işlərin, qlobal layihələrin icrası hər bir azərbaycanlını sevindirir. Bu, həm də onu göstərir ki, ulu öndər Heydər Əliyevin siyasəti yaşadılır və ölkəmiz uğurla inkişaf etdirilir. Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz böyük işlər tarixin yaddaşında silinməz izlər buraxacaq.

Çox hörmətli Prezident, bütün bunlara görə çox sağ olun.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu, Əxşam kəndi.