02 dekabr 2017, 12:50

Elmar Əhmədovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində son illər inkişaf edən Salyanımız bu gün müasir şəhərə çevrilib. Rayonumuza növbəti səfəriniz zamanı bir neçə sosial obyektin açılışında iştirakınız Salyan sakinlərinə sonsuz sevinc bəxş etdi.

Cənab Prezident, Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığınız Sərəncam biz salyanlılara böyük sevinc hissi yaşatdı. Salyanda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, biz sakinlərin içməli su ilə fasiləsiz təmin  olunması çoxdankı arzumuz idi. Bu arzumuzu reallaşdırğınız üçün rayon sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Əhmədov Elmar Ağakişi oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.