02 dekabr 2017, 12:40

Təranə Şükürovadan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada mənim qızım da iştirak etdi. O, Qəbələ rayonunun məktəbliləri ilə birlikdə noyabrın 16-dan 19-dək ölkəmizin gözəl guşələrindən olan Quba, Qusar və Xaçmaz rayonlarına səfər etdi, oranın tarixi abidələri ilə tanış oldu. Hər bir məktəbli kimi, qızım Leyla da doğma diyarı gəzmək arzusuna çatdı. 

Möhtərəm  cənab Prezident, övladlarımıza göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Şükürova Təranə Şövkət qızı.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Savalan kəndi.