01 dekabr 2017, 18:25

Fəxri Seyranovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon şagirdlərindən bir qrupu üç gün ərzində Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında səyahətdə oldular. Övladımın da həmin qrupun tərkibində olması məni ikiqat sevindirdi. Onlar səfər çərçivəsində ölkəmizin gəzməli-görməli yerləri ilə yaxından tanış oldular. Bütün bunlar Sizin tariximizə və milli-mənəvi dəyərlərimizə, gələcəyimiz olan uşaqlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu tur-aksiyalar övladlarımızın ölkəmizin tarixi irsini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrinə şərait yaradır.

Möhtərəm cənab Prezident, ölkəmizdəki inkişafı hər kəs öz rayonunun timsalında görür. Sizin xüsusi diqqət və qayğınız nəticəsində bu gün Salyan yeniləşir, gözəlləşir, inkişafına görə paytaxtımızdan heç də geri qalmır.

Salyan şəhərinə içməli suyun çəkilməsi, biz salyanlılara əvəzsiz ərməğan olan Bayraq Muzeyi, Avropa standartlarına cavab verən 2 saylı tam orta məktəb və çoxsaylı sosial layihələrin həyata keçirilməsi Sizin çoxşaxəli fəaliyyətinizin nəticələridir.

Hörmətli cənab Prezident, bütün bunlara görə, valideynlər adından Sizə təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Seyranov Fəxri Muxtar oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.