01 dekabr 2017, 18:20

Rüfət Rəhimovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı olaraq Sizin qayğınızı hər zaman hiss ediblər. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sözsüz ki, insanlarda böyük razılıq yaradır. Biz də neçə illər idi ki, rütubətli otaqda məskunlaşmışdıq. Bu yaxınlarda ailəmiz yeni evlə təmin edildi.

Əziz Prezidentimiz, göstərilən bu qayğıya görə ailəm adından Sizə təşəkkürümü bildirirəm. Arzu edirik ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və orada da belə gözəl evlər tikiləcək. Sizə bu yolda uğurlar arzulayıram.

Hörmətlə, 

Rəhimov Rüfət Xalqverdi oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.