Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Volaçitə

01 dekabr 2017, 18:10

Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2017-ci il.