01 dekabr 2017, 17:50

Nurlan İslamovdan, Salyan, Azərbaycan

Əziz Prezidentimiz,

Bir neçə gün əvvəl Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı oldum. Səfər zamanı ölkəmizdəki inkişafın respublikamızın bütün bölgələrini əhatə etdiyini gördüm. Gəncə, Şəmkir, Göygöl şəhər və rayonlarına səfərimiz, buradakı tarixi abidələrimizlə yaxından tanışlığımız ölkəmizlə bağlı biliklərimizin genişlənməsi üçün böyük təkan oldu.

Cənab Prezident, ölkəmizi daha yaxından tanımaq və öyrənmək üçün bizə yaratdığınız bu şəraitə görə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın bütün iştirakçıları adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, 

İslamov Nurlan Rayət oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.