01 dekabr 2017, 17:00

Nicat Manafov və Əsmər Seyranovadan, Salyan, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz,

Artıq dörd ildir ki, “Ölkəmizi tanıyaq” layihəsi böyük uğurla həyata keçirilir. Sevinirik ki, builki tur-aksiyada biz də iştirak etdik. Bu tur-aksiya məktəb həyatımızın ən yaddaqalan günlərinə çevrildi. Haqqında tarix dərsliklərindən oxuduğumuz abidələri, bölgələri, o cümlədən qədim Gəncəni, Şəmkiri, Göygölü öz gözlərimizlə gördük.

Cənab Prezident, bizə bu gözəl anları yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə, 

Manafov Nicat Müşfiq oğlu

Seyranova Əsmər Fərid qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.