01 dekabr 2017, 16:50

Mətanət Qarayevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il noyabr ayının 10-da Gəncəyə səfəriniz və səfər çərçivəsində İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmağınız kollektivimiz üçün əsl bayrama çevrildi. Səfərdən dərhal sonra Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün vəsait ayrılması barədə sərəncamlar verməyiniz sevincimizə sevinc qatdı.

Əziz Prezidentimiz, arzu edirik ki, növbəti ildə də şəhərimizə səfərə gələsiniz və yeni tikilən obyektlərin, müəssisələrin açılışlarında iştirak edəsiniz.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq.

Biz daim Sizi dəstəkləyəcəyik. Tanrı Sizi qorusun.

Hörmətlə,

Qarayeva Mətanət.  

Azərbaycan Respublikası, Gəncə şəhəri.