İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

01 dekabr 2017, 11:50
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri qəbul edib.

Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə etdi. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq bu Sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür etdi. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi.

Dövlət başçısı İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd etdi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlətimizin başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd etdi və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olunduğunu vurğuladı. Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini dedi. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlətimizin başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26