30 noyabr 2017, 19:15

Orxan Kazımlı və Gülsara Məmmədovadan, Salyan, Azərbaycan

Əziz Prezidentimiz,

Sizin tapşırığınızla reallaşdırılan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində biz Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında olduq, bu bölgələrin tarixi məkanlarını, maddi mədəniyyət abidələrini öz gözlərimizlə gördük. Bu, Vətənimizin tarixini daha dərindən öyrənməyimizə böyük töhfə oldu.

Çox hörmətli cənab Prezident, bizə bu şəraiti yaratdığınıza görə Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə, 

Kazımlı Orxan

Məmmədova Gülsara.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı və Beştalı kəndləri.