30 noyabr 2017, 19:00

Xalid Həlimov və Pəri Cabbarovadan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Artıq bir neçə ildir ki, Sizin göstərişinizə əsasən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya təşkil olunur.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Siz və ölkəmizin birinci xanımı Mehriban Əliyeva uşaqlara və gənclərə hər zaman yüksək diqqət və qayğı göstərmisiniz. Bu qayğıdan bəhrələnən ailələrimizin azyaşlı üzvləri noyabrın 16-dan 19-dək “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında oldular. Onlar bu ekskursiyadan çox razı qaldılar və hədsiz sevindilər. 

Əziz Prezidentimiz, məktəblilərə bu sevinci yaşatdığınız üçün ailələrimiz adından Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Həlimov Xalid

Cabbarova Pəri.

Azərbaycan Respublikası, Qəbələ rayonu.