29 noyabr 2017, 13:30

Tamara Heydərovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Müasir tələblərə cavab verən məktəbimiz 2013-cü ildə istifadəmizə verilib. Hamı kimi, biz məcburi köçkün uşaqları da Sizin diqqətinizi daim üzərimizdə hiss etmişik. Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olaraq respublikamızda aparılan quruculuq işlərini öz gözlərimlə gördüm və bu, məni çox sevindirdi.

Möhtərəm cənab Prezident, gənc nəslə göstərdiyiniz qayğıya, diqqətə və sevgiyə görə Sizə minnətdarlığımı bildirir, ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydərova Tamara Yalçın qızı,

Zəngilan rayon 33 nömrəli tam orta məktəbin şagirdi.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.