28 noyabr 2017, 18:50

Rövşən İmranovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz şagirdlərin Sizin təşəbbüsünüzlə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya cəlb edilməsi qədim tariximizə daha yaxşı bələd olmağımıza, ölkəmizin gözəl guşələrini tanımağımıza və dünyagörüşümüzün formalaşmasına müsbət təsir göstərir.

Möhtərəm cənab Prezident, bizim üçün yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İmranov Rövşən İlqar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.