27 noyabr 2017, 14:00

Nihat Ağakişiyevdən, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Biz inkişaf etmiş bir ölkənin xoşbəxt uşaqlarıyıq. Bir neçə gün əvvəl “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edərkən bir daha bunun şahidi oldum. Məhz Sizin təşəbbüsünüzlə keçirilən bu layihə bizi Vətənimizi sevməyə daha da həvəsləndirir.

Fürsətdən istifadə edərək, biz uşaqlara göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağakişiyev Nihat, Zəngilan rayon 5 saylı orta məktəbin şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.