23 noyabr 2017, 15:40

Nihat Səlimzadə və Elcan Zamanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Xocalı şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdləriyik. Biz məktəblilərə qayğı göstərərək “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyanın keçirilməsi ilə bağlı tapşırığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Vətəndaşların gənc yaşlarından öz ölkələrini tanıması, onun təbiətinə və tarixinə dərindən bələd olması üçün əlbəttə ki, belə tur-aksiyaların təşkili çox əhəmiyyətlidir. Atalar demişkən, çox oxuyan yox, çox gəzən çox bilər.

Hörmətli cənab Prezident, çox sağ olun, Allah Sizə yar olsun. Allah Sizin kölgənizi Azərbaycanın üstündən heç vaxt əksik etməsin.

Hörmətlə,

Səlimzadə Nihat Fərhad oğlu

Zamanov Elcan İsa oğlu, Xocalı rayonundan məcburi köçkünlər.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.