23 noyabr 2017, 14:35

Eldəniz Musayevdən, Zəngilan, Azərbaycan

Cənab Prezident,

Sizin təşəbbüsünüzlə təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Azərbaycanın cənub rayonlarına səfər etdik. Səfər zamanı ölkəmizin zəngin təbiətinin, inkişaf etmiş iqtisadiyyatının, bir-birindən gözəl şəhərlərinın şahidi olduq. Rayonlarımızda olan Heydər Əliyev mərkəzlərindən, tarix-diyarşünaslıq muzeylərindən Ulu Öndərimiz haqqında, eləcə də tarixi keçmişimiz barədə mühüm məlumatlar öyrəndik. Bu ekskursiya biz şagirdlərin yaddaşında dərin iz buraxıb.

Buna görə Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Musayev Eldəniz

Zəngilan rayonu, 11 nömrəli tam orta məktəbin şagirdi

Azərbaycan Respublikası, Zəngilan rayonu.