22 noyabr 2017, 15:10

Elnarə Məmmədova və Saida Rüstəmovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz vətəndaşlar Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gənc nəslə göstərdiyiniz qayğı və diqqəti həmişə görür və alqışlayırıq. Xüsusilə də məktəblilər üçün “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiya təqdirəlayiqdir. Bu layihə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Şagirdlər Azərbaycanımızın tarixi abidələri, təbiəti barədə dolğun məlumatlar əldə edirlər.

Möhtərəm cənab Prezident, gənc nəslə göstərdiyiniz qayğı və diqqətə görə Sizə və Mehriban xanıma sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədova Elnarə Adil qızı

Rüstəmova Saida Aslan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.