22 noyabr 2017, 15:00

Əlisəfa Hüseynovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Övladlarımız Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edərək, ölkəmizin gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış oldular. Bu tur-aksiyanın təşkili şagirdlərdə çox gözəl təəssürat yaradıb, onları dərslərində daha məsuliyyətli olmağa ruhlandırıb. Övladlarımızı belə nikbin görmək əlbəttə ki, biz valideynləri çox sevindirir.

Möhtərəm cənab Prezident, bu tur-aksiyanın təşkilinə görə layihədə iştirak etmiş məktəblilərin valideynləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hüseynov Əlisəfa Nadir oğlu

Səfərov Məhəmmədəli Eyvaz oğlu

Musayev Rauf Musa oğlu

Hüseynova Nuranə Sergey qızı.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.