22 noyabr 2017, 14:10

Mərziyyə Qarayeva və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərinə göstərdiyiniz diqqət və qayğı sayəsində şəhərimiz gündən-günə gözəlləşir. Şəhərimizdə görülən abadlıq işləri, o cümlədən yolların təmiri, məhəllələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, dam örtüklərinin dəyişdirilməsi hər kəsdə xoş ovqat yaradıb. Bu işlər hər birimizin çoxdankı arzusu idi.

Əziz Prezidentimiz, ölkəmizdə yaratdığınız əmin-amanlığa, bütün regionlar kimi, Sumqayıt şəhərinin də sosial-iqtisadi inkişafına, həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

 

Qarayeva Mərziyyə Ağakişi qızı

Məmmədova Leyla Asif qızı

İbrahimova Zahidə Ələmşah qızı

Cəfərli Aytən Marif qızı və başqaları.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.