Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna

21 noyabr 2017, 17:50

Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2017-ci il.