21 noyabr 2017, 16:20

Rübabə Əsgərovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Şəhərimizdə aparılan abadlıq işləri sakinlərimizin daha rahat və firavan yaşayışını təmin edir. Səkilərin və yolların yenidən qurulması, binaların dam örtüklərinin dəyişdirilməsi, şəhərin marşrut xətlərinə yeni və rahat avtobusların buraxılması sakinlərimizin ürəyincədir. Sumqayıt sakinlərinin asudə vaxtlarında rahat gəzmələri və dincəlmələri üçün istifadəyə verilmiş yeni bulvar da görənləri heyran edir.

Hörmətli cənab Prezident, bütün bunlar Sizin uğurlu və düzgün siyasətinizin nəticəsidir. Şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Əsgərova Rübabə Sahib qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.