21 noyabr 2017, 13:40

Bursa Cəfərlidən, Gəncə, Azərbaycan

Əziz və hörmətli cənab Prezident,

Noyabr 10-da Sizin Gəncəyə növbəti səfəriniz biz gənclərdə əsl bayram əhval-ruhiyyəsi yaratdı. Sizin göstərdiyiniz qayğı nəticəsində Gəncə sürətlə inkişaf edir və gözəlləşir. Siz şəhərimizə səfəriniz zamanı bir sıra obyektlərin açılışını etdiniz. Gəncə sakinlərinin istirahəti üçün muzey, park və əyləncə mərkəzlərinin, əhalinin iş yerləri ilə təmin olunması məqsədilə iki böyük ticarət mərkəzinin, elektrik yarımstansiyasının, öz əzəmətliliyi və müasirliyi ilə göz oxşayan Gəncə Dövlət  Filarmoniyasının, orta təhsil müəssisəsinin və  Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışını edərək biz gənclərin istifadəsinə verdiniz.

Çox hörmətli cənab Prezident, aqrar sahənin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan Dövlət Aqrar Universitetinin bir işçisi kimi şəxsən öz adımdan və bütün kollektivimiz adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Var olun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

Cəfərli Bursa Suliddin qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.