21 noyabr 2017, 13:20

Elmin Əhmədli və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində biz kəlbəcərli şagirdlər də ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdik. Maarifləndirici tur-aksiya çərçivəsində biz noyabrın 11-də Qəbələ və Zaqatala rayonlarına səfər etdik, tarixi və mədəniyyət abidələrimizi əyani gördük, müəllimlərimizdən tariximizlə bağlı maraqlı faktlar öyrəndik.

Biz şagirdlərə ölkəmizi daha yaxından tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək və biliklərimizi artırmaq üçün belə gözəl imkan yaratdığınıza görə bütün məktəblilər adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Kəlbəcər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri adından hörmətlə,

Əhmədli Elmin Zamin oğlu

Əhmədli İnal Zöhrab oğlu

Salahov Anar Aqil oğlu

Şükürov İsmət Qismət oğlu

Hümbətova Fəridə Tofiq qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.