21 noyabr 2017, 13:10

Sahilə Abdullayevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin noyabr 10-da Gəncə şəhərinə səfəriniz biz gəncəliləri çox sevindirdi. Filarmoniya binasının tikilməsi, yolların abadlaşdırılması, şəhərimizin gündən-günə gözəlləşməsi, heç şübhəsiz, Sizin düzgün daxili siyasətinizin uğurlu nəticələridir. Çox sevinirik ki, Siz respublikamızın digər bölgələri kimi, Gəncə şəhərinə də xüsusi diqqət və qayğı göstərirsiniz. Ümidvarıq ki, Siz bundan sonra da şəhərimizə tez-tez səfər edəcək, biz gəncəliləri sevindirəcəksiniz. Şəhərimizin daha da abadlaşdırılması və yeni quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı 2017-ci il 13 noyabr tarixli sərəncamlarınıza görə də Sizə minnətdarıq.

Cənab Prezident, bütün gəncəlilər adından Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür arzu edirəm.

Hörmətlə,

Abdullayeva Sahilə.

Azərbaycan Respublikası, Gəncə şəhəri.