21 noyabr 2017, 13:00

Əhməd Həsənovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Sizin tərəfinizdən qətiyyətlə davam etdirilən siyasi kursun müsbət nəticələri ölkəmizin ictimai-siyasi həyatında özünü göstərir, Azərbaycanın iqtisadi qüdrətinin artırılması ilə yanaşı, xalqımızın milli mədəniyyət nümunələrinin, tarixinin təbliğinə və tanınmasına xidmət edir.

Sizin təşəbbüsünüz və tapşırığınızla respublika məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya bunun əyani göstəricisidir. Övladlarımız bu turlardan xoş təəssüratla dönür, Vətənimiz haqqında daha geniş məlumatlara sahib olurlar.

Möhtərəm Prezident, dövlətimizin tərəqqisi, inkişafı və mənfur qonşularımızın tapdağı altında olan doğma Qarabağımızın azad edilməsi istiqamətində fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Həsənov Əhməd Bəhlul oğlu,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.