18 noyabr 2017, 14:30

Pərvanə İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təhsilə verdiyiniz önəm, bu sahənin inkişafı ilə bağlı atdığınız addımlar, imzaladığınız sərəncamlar bizdə böyük sevinc, qürur hissi yaradır, eyni zamanda, ulu öndərimiz Heydər Əliyevin vaxtilə söylədiyi “Təhsil millətin gələcəyidir” fikrinə sadiqliyinizi göstərir. Xüsusilə də Sizin təşəbbüsünüzlə gerçəklənən “Ölkəmizi tanıyaq” adlı tur-aksiyaya şagirdlərin cəlb olunmasını vurğulamaq istərdim. Bu layihə övladlarımızın dünyagörüşünün formalaşmasına, onların vətənpərvər ruhda böyüməsinə, ölkəmizin gözəl guşələrini tanımasına və qədim tarixinə bələd olmasına müsbət təsirini göstərir.

Möhtərəm cənab Prezident, təhsilə göstərdiyiniz bu diqqətə, övladlarımız üçün yaratdığınız bu şəraitə görə tur-aksiyada iştirak etmiş şagirdlərin valideynləri və müəllimləri adından Sizə minnətdarlığımızı bildiririk.

Mən fəxr edirəm ki, Azərbaycanlıyam.

Hörmətlə,

İsmayılova Pərvanə Pənah qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.