16 noyabr 2017, 12:00

Adilə Rəcəbovadan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fəxr edirəm ki, ölkəmizə Sizin kimi müdrik dövlət başçısı rəhbərlik edir. Siz bütün fəaliyyətinizdə vətəndaşların mənafeyini əsas götürür və dövlət qurumlarının rəhbərlərindən də bunu tələb edirsiniz. Mənim və qızımın üzləşdiyi problem ilə əlaqədar Sizə teleqram vurmuşdum. Müraciətdən dərhal sonra problemimiz araşdırıldı və müsbət həllini tapdı.

Əziz Prezidentimiz, problemimizin həll olunmasına göstərilən köməyə görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanımızın çiçəklənməsi naminə gördüyünüz misilsiz işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Rəcəbova Adilə Firidun qızı

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi