14 noyabr 2017, 15:30

Xəzair İbişovdan, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırıqlarınıza, təsdiq etdiyiniz dövlət proqramlarına və imzaladığınız sərəncamlara uyğun olaraq yerlərdə əhalini narahat edən problemlər öz müsbət həllini tapır. Yaşadığımız Anzov kəndini qonşu kəndlə ayıran çayın üzərində körpünün olmaması sakinləri çox narahat edirdi. Bununla bağlı müraciətimiz qısa müddətdə öz müsbət həllini tapdı. Sizin göstərişinizlə çay üzərində yeni körpü tikildi və bununla da sakinlərimizin qonşu kəndə rahat gediş-gəlişi təmin olundu.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

İbişov Xəzair

Azərbaycan Respublikası, Yardımlı rayonu, Anzov kəndi.