Gerb

13 noyabr 2017, 19:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 169; 2002, № 5, maddə 237; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 6, maddə 398; 2007, № 11, maddə 1048; 2015, № 10, maddə 1098; 2016, № 11, maddə 1750; 2017, № 5, maddə 683) 12-ci maddəsinin dördüncü hissəsində “qurumun” sözü “quruma onun” sözləri ilə və “icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan icazə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2017-ci il.