08 noyabr 2017, 15:00

Arif Vəliyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Bir azərbaycanlı olaraq ürəyim qürurla doludur. Bu yaxınlarda müasir Azərbaycan şərəfli tarixinin möhtəşəm bir gününü yaşadı. Azərbaycan və Türkiyəni Gürcüstan üzərindən birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmiz qarşısında yeni üfüqlər açır. Bu layihə Sizin müdrik siyasətiniz sayəsində reallaşıb. Hər kəs bu layihənin iqtisadi önəmi ilə yanaşı, onun böyük siyasi əhəmiyyətini də yüksək qiymətləndirir.

Möhtərəm cənab Prezident, bu tarixi hadisə münasibətilə Sizi ürəkdən təbrik edir, növbəti qlobal layihələrin təşəbbüskarı olmağınızı, xalqımızla birlikdə daim ucalmağınızı arzulayıram.

Hörmətlə,

Vəliyev Arif Safaqat oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.