07 noyabr 2017, 12:45

Əjdər Ağammədovdan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu yaxınlarda xalqımız növbəti tarixi hadisəyə şahidlik etdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Sizin müdrik və uzaqgörən siyasətinizin, böyük nüfuzunuzun uğurlu nəticəsidir.

Əziz Prezidentimiz, biz gələcəkdə bu qlobal layihənin bəhrəsini, səmərəsini hələ çox görəcəyik.

Bu böyük hadisə münasibətlə Sizi ailəm adından təbrik edir, Azərbaycanımızın inkişafı, xalqımızın rifahı naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Ağammədov Əjdər Ərzuman oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Amsar kəndi.