06 noyabr 2017, 15:35

Hafiz Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Vətənimiz, xalqımız üçün etdikləriniz göz önündədir və bunu heç kim inkar edə bilməz. Sizin yürütdüyünüz daxili və xarici siyasət xalqımızın, millətimizin ürəyincədir. Bu yaxınlarda “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycan xalqının gələcəyinin daha etibarlı təmin edilməsi deməkdir.

Bədnam qonşularımız da Sizin nailiyyətlərinizi etiraf etməyə məcbur olublar. Ermənistan mətbuatı yazır ki, Bakı-Tbilisi-Qars layihəsi Yerevanda vahimə yaradıb. Ermənistanın regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qalması onun müstəqil siyasət aparmadığını göstərir. Ermənistan özündə iradə tapıb havadarlarının deyil, öz milli maraqlarının qoruyucusu olsa, bəlkə o zaman işğalçılığın və torpaq iddialarının erməni xalqına necə böyük zərbə vurduğunu anlayar. Erməni müəlliflərdən biri məqaləsinin sonunda yazır: “Ermənistan böyük yolların kəsişməsindəki hündür daşın üzərində oturan min yaşlı kor bayquşa çevrilir”.

Cənab Prezident, biz Sizinlə fəxr edirik. Çox şadıq ki, müdrik, uzaqgörən, xalqının, millətinin qədrini bilən, ulu öndər Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən dövlət başçımız var. Bu çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Bir Qarabağ müharibəsi əlili kimi Sizi əmin edirəm ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində həm yeni qlobal layihələr həyata keçirəcək, həm də torpaqlarımızı işğaldan azad edəcəyik.

Hörmətlə,

Ağayev Hafiz Binyət oğlu,

Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.