01 noyabr 2017, 14:30

Ülfət Əliyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təşəbbüsünüzlə başladılan nəhəng Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq istifadəyə verildi. Bununla belə, bəzi xarici dairələr hesab edirdilər ki, bu layihənin reallaşması mümkün olmayacaq. Amma Siz möhkəm iradənizlə Azərbaycanın gücünü bir daha göstərdiniz, eyni zamanda, bizə bir daha qürur hissi yaşatdınız. Bu nadir dəmir yolu xətti həm ölkəmizin iqtisadi inkişafının lokomotivi olacaq, həm də sabitliyimizə xidmət edəcək.

Bu yol ümummilli liderimiz Heydər Əliyev strategiyasının, Ulu Öndərdən miras qalan 100 illik ideyaların - “Əsrin müqaviləsi”nin, Böyük İpək Yolunun davamıdır.

Cənab Prezidentimiz, bu sevinci, bu qüruru bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Biz hər zaman Sizinləyik və Sizinlə fəxr edirik.

Allah Sizi qorusun.

Hörmətlə,

Əliyev Ülfət Fazil oğlu.

Azərbaycan Respublikası, Naftalan şəhəri.