27 oktyabr 2017, 15:00

Dadaş Əliyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yaşadığımız doğma Lahıc qəsəbəsi ilə bağlı imzaladığınız sərəncamlara görə böyük sevinc hissi keçirirəm. Bu sərəncamlardan irəli gələn işlərin görülməsi Lahıca yeni nəfəs gətirəcək. Azərbaycanda xalq sənətkarlığı ənənələrinin qorunduğu və özünəməxsus bir memarlıq üslubuna malik qədim yaşayış məskəni olan Lahıca belə qayğınız ən yüksək minnətdarlığa və təşəkkürə layiqdir.

Lahıca ümummilli liderimiz Heydər Əliyevin də böyük rəğbəti vardı. Siz isə bu sərəncamlarla biz lahıclılara çox böyük hədiyyə verdiniz, illərlə ürəyimizdə bəslədiyimiz arzuların həyata keçməsinə yol açdınız.

Əziz Prezidentimiz, öz adımdan, ailəm və işlədiyim məktəbin kollektivi adından Sizə dərin təşəkkürümü bildirir, cansağlığı və uğurlar arzu edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyev Dadaş

Lahıc qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi