17 oktyabr 2017, 14:00

Əvəz Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Rayonumuzun əhalisinə göstərdiyiniz diqqət və qayğını biz qubadlılılar həmişə hiss etmişik. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizdən iki nəfərə fəxri ad verməyiniz Qubadlı müəllimlərinə və onların timsalında məcburi köçkün həyatı yaşayan camaatımıza olan diqqət və qayğınızın növbəti bariz nümunəsidir.

Həmçinin qeyd etmək istəyirəm ki, Sizin təhsilə olan diqqət və qayğınız nəticəsində ölkəmizdə yeni məktəblər tikilir. Qubadlılılar üçün  tikilən və tam standartlara cavab verən belə tədris ocaqları çoxdur. Onlardan biri də bu yaxınlarda istifadəyə verilən Xanlıq kənd ümumi orta məktəbidir. Həmin məktəbin açılışında ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirak etməsi rayonumuzun əhalisində böyük bayram əhval-ruhiyyəsi yaratdı.

Cənab Prezident, buna görə Sizə və Mehriban xanıma şəxsən öz adımdan və rayonumuzun ağsaqqalları adından dərin minnətdarlığımızı bildirirəm. Inanırıq ki, Sizin məqsədyönlü siyasətiniz bizi tezliklə doğma Qubadlımıza qaytaracaq, belə məktəblər orada tikiləcək və Siz özünüz də onların açılışında şəxsən iştirak edəcəksiniz. Sizə bir daha təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun!.

Hörmətlə,

Həsənov Əvəz Maşallah oğlu,

Qubadlı Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.