10 oktyabr 2017, 16:10

Mehriban Abbasovadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında mənim də adımın olması mənə və ailəmə böyük sevinc bəxş etdi. Hesab edirəm ki, fəaliyyətimə verilən bu yüksək qiymət təkcə mənə yox, bütün rayon ziyalılarının və müəllimlərinin əməyinə verilən dəyərdir.

Əziz Prezidentimiz, yalnız biz müəllimlərə deyil, ümumilikdə rayonumuza göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirir, doğma respublikamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmağınızı arzu edirəm. Allah Sizi qorusun. Qoy, doğma Azərbaycanımız Sizin rəhbərliyiniz ilə daim var olsun və durmadan inkişaf etsin!

Hörmətlə,

Abbasova Mehriban Qədir qızı.

Azərbaycan Respublikası, Tərtər rayonu.