07 oktyabr 2017, 14:30

Ruslan Bağırovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Uzun illərdən bəri istifadəsiz qalmış bərəkətli torpaqlarımız Sizin aqrar sahəyə göstərdiyiniz diqqət sayəsində yenidən əkinə cəlb olunur. Min bir nemət yetirən torpaqlarımız yenidən canlanır, ruzi-bərəkətimiz artır.

Sizin bu yaxınlarda Lənkərana səfəriniz zamanı keçirdiyiniz müşavirədə səslənən fikirlər, bir çox kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi ilə bağlı  dəyərli tövsiyələr və bu istiqamətdə dövlət tərəfindən atılan addımlar bir fermer kimi məndə böyük inam yaradıb. İndi əkib-becərmək həvəsimiz daha da artıb.

Möhtərəm cənab Prezident, inanırıq ki, görülən işlər sayəsində ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək, insanların güzəranı daha da yaxşılaşacaq. Bir fermer və kənd sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Bağırov Ruslan Orucəli oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Lürən kəndi.