03 oktyabr 2017, 15:10

Arif Rüstəmovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin böyük qayğınız nəticəsində bu gün övladlarımız müasir məktəblərdə təhsil alır, savadlı və intellektual gənclərə çevrilirlər. Ölkəmizin ən ucqar kəndlərinin bir çoxunda müasir məktəblər inşa olunur və ya istifadəyə yararsız məktəblər əsaslı təmir edilir.

Bizim kəndin məktəbi də bu il əsaslı təmir edildi və Bilik günü ərəfəsində onun açılışı oldu. Yeni məktəbə həvəslə gedən uşaqların çöhrəsində sevinc, valideynlərdə razılıq hiss olunur.

Möhtərəm cənab Prezident, kəndimizin məktəbinin təmir olunmasına  və yeni avadanlıqla təchiz edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rüstəmov Arif Rüstəm oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacılar kəndi.