Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Mun Ce-inə

02 oktyabr 2017, 17:47

Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin Yaranması Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 sentyabr 2017-ci il.