02 oktyabr 2017, 13:40

Telman İbrahimovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə Vətənimiz Azərbaycanın sürətlə inkişaf edib dünyada böyük nüfuz qazanması xalqımızı çox sevindirir. Ölkəmizin hər yerində görülən abadlıq-quruculuq işləri hamıda ruh yüksəkliyi yaradır. Biz lənkəranlılar bu işləri Sizin əvəzsiz qayğınız hesab edirik.

Bir müddət öncə Sizə müraciət edərək, yaşadığımız Lənkəran rayonu Şağlaser kəndində yüzlərlə sakinin hər gün istifadə etdiyi kənd yolunun təmir olunmasına kömək göstərilməsini xahiş etmişdik. Müraciətin müsbət həll edilərək kənd yolunun əsaslı təmir olunması kənd sakinlərini çox sevindirdi. İndi ahıl insanlar, məktəbli uşaqlar və digərləri bu yoldan rahat istifadə edirlər.

Əziz Prezidentimiz, sadə vətəndaşların müraciətinə göstərilən bu diqqətə görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İbrahimov Telman Əlirza oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.