02 oktyabr 2017, 13:20

Valeriy Qəhrəmanov və başqalarından, Ağdaş, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz həyata keçirdiyiniz layihələrlə xalqın öz seçimində yanılmadığını sübut etdiniz. Sizin apardığınız daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.

Kəndimizdə olan drenaj kanallarının lildən təmizlənməsinə və yeni kanalın qazılmasına kömək göstərməsi barədə Sizə müraciət ünvanlamışdıq. Müraciətimizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümüzü bildiririk. Belə ki, tapşırığa əsasən kənddə olan kanallar lildən təmizləndi və yeni kanal qazıldı. Müraciətimizə bu cür həssas yanaşılması, işlərin operativ həll edilməsi bizdə dövlətə, dövlətçiliyə olan inamı daha da artırdı.

Cənab Prezident, biz Sizi həmişə dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qəhrəmanov Valeriy,

İsgəndərov İsgəndər,

Nuhov Söhrab,

Allahverdiyev Mahir və başqaları - cəmi 52 nəfər.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Xınaxlı kəndi.