İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar

30 sentyabr 2017, 20:50
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın oyununa baxıblar

Qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal görüşləri keçirilib.

Milli Gimnastika Arenasında keçirilən ilk oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə qalib gələn Niderland millisi finala vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycan yığma komandası Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcək. Üçüncü yer uğrunda görüş oktyabrın 1-də keçiriləcək.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10