27 sentyabr 2017, 18:15

Fəxrəddin Kərimbəylidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Vaxtilə ulu öndərimiz Heydər Əliyev söyləmişdir: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Siz də Ümummilli Liderin bu müdrik sözünə uyğun olaraq yeni-yeni yollar çəkdirirsiniz.

Bir müddət əvvəl yüz səksən min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə imzaladığınız  Sərəncama əsasən işlər uğurla davam etdirilir və yolun Balaxanı qəsəbəsinə düşən hissəsinin inşası artıq başa çatıb. Bu yolun sayəsində gediş-gəlişə sərf etdiyimiz vaxt yarıbayarı azalıb. İndi mənzil başına vaxtında çatır, işlərimizi daha rahat görürük.

Cənab Prezident, Siz Balaxanı qəsəbə sakinlərinə böyük sevinc bəxş etdiniz. Allah Sizi və ailənizi sevindirsin, Sizə uzun ömür versin. Balaxanı qəsəbə sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə, 

Kərimbəyli Fəxrəddin Sadiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.