27 sentyabr 2017, 17:30

Xanım Həsənovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illərdə respublikamızda qeyri-neft sektorunun yüksəlişinə, güclü insan kapitalının formalaşmasına xidmət edən mühüm addımlar atılıb. Həyata keçirilən Dövlət proqramları şəhər və rayonların simasını kökündən dəyişir, bölgələrin potensialının artmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradır.

Qısa zamanda Sumqayıt şəhəri də öz simasını tamamilə dəyişib. Sizin “möcüzə” adlandırdığınız bulvarımız, möhtəşəm Heydər Əliyev Mərkəzi, yeni istifadəyə verilmiş şahmat və musiqi məktəbləri, yeni asfalt döşənmiş yollar, binaların, bağçaların və məktəblərin təzələnmiş dam örtükləri – bütün bunlar şəhərimizə göstərdiyiniz qayğının nəticələridir.

Əziz Prezidentimiz, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə, 

Həsənova Xanım Əliağa qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 13-cü mikrorayon.